Goranboyda minik avtomobili aşdı: 2 nəfər öldü
02 yanvar 2026 00:36 (UTC +04:00)

Goranboyda minik avtomobili aşdı: 2 nəfər öldü

0

Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Priora" markalı minik avtomobili idarəetmədən çıxıb.

Nəticədə minik avtomobili yol kənarına aşıb. Qəza nəticəsində Goranboy rayon, Kələk kənd sakini, 1986-cı il təvəllüdlü A. Hüseynov hadisə yerində ölüb. 2008-ci il təvəllüdlü S. Hüseynov, 1991-ci il təvəllüdlü L. Əliyeva və 2014-cü il təvəllüdlü Y. Hüseynova isə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Həkimlərin müdaxiləsinə baxmayaraq xəstəxanaya yerləşdirilən 2008-ci il təvəllüdlü S. Hüseynovu xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar