Goranboyda yıxılaraq başı betona dəyən qadın  öldü
01 yanvar 2026 23:33 (UTC +04:00)

Goranboyda yıxılaraq başı betona dəyən qadın öldü

0

Goranboyda bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1967-ci il təvəllüdlü N. Məmmədova yaşadığı binanın yanında beton dirəyə toxunaraq yıxılıb.

Nəticədə başından xəsarətlər alan qadın hadisə yerində ölüb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar