Pişik Günel" ləqəbli müğənni
01 yanvar 2026 18:24 (UTC +04:00)

Pişik Günel" ləqəbli müğənni

"Pişik Günel"ə binanın bir mərtəbəsi hədiyyə edilib?- ŞİRKƏT AÇIQLADI

0

Son günlər mediada "Pişik Günel" ləqəbli müğənniyə deputatlardan biri   tərəfindən ev hədiyyə olunması barədə məlumat yayılıb.

Lent.az xəbər verir ki, yazılanlara görə, müğənniyə "Kristal" şirkəti tərəfindən tikilən binanın bir mərtəbəsi hədiyyə edilib.

Maraqlıdır ki, "Pişik Günel" bu məsələyə münasibət bildirib və yazılanları təkzib etməyib.

O deyib ki, "gözəl xanımdır, çoxundan yaxşı oxuyur". Ona niyə mənzil hədiyyə edilməsin?

"Kristal" şirkəti isə APA-ya göndərdiyi açıqlamada Günellə bağlı məlumatı yalan adlandırıb.

"“Kristal” şirkəti tərəfindən Xırdalan layihəsində inşa edilən binanın bir mərtəbəsinin müğənniyə hədiyyə edilməsi ilə bağlı yayılan iddialar tamamilə əsassız, həqiqətə uyğun olmayan və böhtan xarakterlidir" deyə, açıqlamada qeyd olunub.

Şirkət onu da bildirib ki, şirkət tərəfindən Günel adlı şəxsə hər hansı mənzil və ya digər daşınmaz əmlak nə hədiyyə edilib, nə də satılıb.

"Adı çəkilən şəxs şirkətimiz tərəfindən inşa edilən Biləcəri layihəsində yerləşən, lakin şirkətimiz tərəfindən əvvəlcədən satılmış bir mənzili birbaşa “Kristal” şirkətindən deyil, həmin mənzilin qanuni sahibindən əldə edib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar