Göyçayda ağacdan yıxılan kişi ölüb.
Lent.az xəbər verir ki, hadisə avqustun 4-də Göyçay rayonunun Bığır kəndində baş verib. Kənd sakini 71 yaşlı Məmmədov Tahir Abdulla oğlu yaşadığı evin həyətyanı sahəsində ağacdan yıxılaraq xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq dünən orada ölüb.
Araşdırma aparılır.