Göyçayda quldurluq edib ölkədən qaçmışdı, tutuldu - VİDEO
23 sentyabr 2025 10:44 (UTC +04:00)

Göyçayda quldurluq edib ölkədən qaçmışdı, tutuldu - VİDEO

0

Göyçay rayonunda yerləşən quşçuluq fermalarının birində quldurluq hadisəsi qeydə alınıb. Kamuflyaj olunaraq gecə saatlarında obyektə daxil olan naməlum şəxs orada işləyən qadına küt alətlə xəsarətlər yetirib və 23300 manat pulu, eləcə də 2200 manat dəyərindəki qızıl-zinət əşyalarını talayaraq ələ keçirib. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, Göyçay rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədən şəxsin 40 yaşlı Ceyhun Əsgərov olduğu və hadisəni törətdikdən sonra Rusiya Federasiyasına qaçdığı müəyyən edilib. Keçirilən tədbirlərlə C.Əsgərov saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.  Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 486

Oxşar yazılar