Göyçayda şəhidin qardaşının  EVİ YANDI
11 may 2022 20:40 (UTC +04:00)

Göyçayda şəhidin qardaşının EVİ YANDI

Göyçay rayonunda fərdi yaşayış evi yanıb.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu gün axşam saatlarında Göyçay rayonunun Cəyirli kənd sakini, 1990-cı il təvəllüdlü Ömərli Orxan Elxan oğluna məxsus ümumi sahəsi 210 kvadratmetr olan ikimərtəbəli 4 otaqlı evdə yanğın baş verib.

Hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı evin 105 kvadratmetrlik tavan hissəsi və 35 kvadratmetrlik çardaq hissəsi yanıb.

Alovun qarşısı alınıb, yanğın söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, evi yanan Orxan Ömərli 44 günlük Vətən Müharibəsində şəhid olan Kənan Ömərlinin qardaşıdır.

# 1587
avatar

Oxşar yazılar

Ağstafada "Niva" qəza törətdi, 3 yaralı var

Ağstafada "Niva" qəza törətdi, 3 yaralı var

5 may 2024 , 20:50
Bakıda DƏHŞƏT:  Ər arvadını boğub öldürdü

Bakıda DƏHŞƏT: Ər arvadını boğub öldürdü

5 may 2024 , 16:28
Tibb bacısı  qocalar evində   17 yaşlı insanı öldürüb

Tibb bacısı qocalar evində 17 yaşlı insanı öldürüb

5 may 2024 , 13:56
Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

Bakıda ər həkim xanımını bıçaqladı -YENİLƏNİB

5 may 2024 , 11:20
Bakıda yanğın:  1 nəfərin meyiti tapıldı

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

5 may 2024 , 09:21
Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ  -VİDEO

Bakıda qəza törədən şəxslər jurnalistlərə HÜCÜM ÇƏKDİ -VİDEO

5 may 2024 , 03:19
Bakıda "BMW" ilə "Khazar" toqquşdu

Bakıda "BMW" ilə "Khazar" toqquşdu

5 may 2024 , 01:44
Azərbaycanda  tələbə   vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

4 may 2024 , 19:07