Göygöldə dəm qazı  ölümə səbəb oldu
09 dekabr 2022 08:37 (UTC +04:00)

Göygöldə dəm qazı ölümə səbəb oldu

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mollacəlilli kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Kamil Musayev yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

28 yaşlı kişi xəstəxanaya aparılsa da ölüb.

Digər hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Kənd sakini 1980-ci il təvəllüdlü Dilşad Ələsgərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Qadın xəstəxanya yerləşdilib,vəziyyətinin kafi olduğu bildirilir.

Faktlarla bağlı araşdırma aparılır.

# 1554
avatar

Oxşar yazılar