Göygöldə "Jiquli" piyadanı vurub öldürdü
20 aprel 2024 11:35 (UTC +04:00)

Göygöldə "Jiquli" piyadanı vurub öldürdü

Göygöldə avtomobil piyadanı vurub.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Azay Kazımov küçəsində baş verib. Bayramov Eşqin Qaçay oğlu idarə etdiyi "VAZ-21014" markalı avtomobillə piyada Verdiyev Nemət Bəhrəm oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

# 1524
avatar

Mehman Nəbiyev

Oxşar yazılar