Üçbaşlı  müharibə partiyası  məhv edilib - Ermənistanda  yeni müxalifət   formalaşmalıdır – Paşinyan
26 oktyabr 2026 11:58 (UTC +04:00)

Üçbaşlı müharibə partiyası məhv edilib - Ermənistanda yeni müxalifət formalaşmalıdır – Paşinyan

0


Yerli özünüidarəetmə seçkilərindən də göründüyü kimi, üçbaşlı müharibə partiyası məhv edilib. 
Lent.az-ın Ermənistan mediasına istinadən xəbərinə görə, baş nazir Nikol Paşinyan bunu “Facebook” səhifəsində canlı yayımda elan edib.

O qeyd edib ki, Ermənistan "kənardan idarə olunan casus kimi müxalifəti məhv etməlidir". 

Paşinyan bildirib ki, Ermənistanda yeni, dövlət yönümlü müxalifət formalaşmalıdır, lakin onu hökumət yaratmamalıdır.

Onun sözlərinə görə, yeni müxalifətin formalaşması məsələsini müzakirə etmək üçün ictimai dinləmələr keçirilməlidir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 132

Oxşar yazılar