Göygöldə kişi evi təmizləməyən arvadını döydü: "Çirkli qazanda yemək bişirirdi"
30 iyul 2026 13:56 (UTC +04:00)

Göygöldə kişi evi təmizləməyən arvadını döydü: "Çirkli qazanda yemək bişirirdi"

0

Göygöldə kişi evi çirkli saxlayan arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Hacıməlik qəsəbəsində qeydə alınıb.

İttiham aktına görə, 30 yaşlı qəsəbə sakini Mirzə Dadaşov (ad və soyad şərtidir) evi çirkli saxlayan arvadını əl zərbələri ilə vuraraq döyüb. HAdisə cütlüyün 2 yaşlı oğullarının yanında baş verib. Nəticədə qadın bir sıra xəsarətlər alıb.

Zərərçəkənin atasının şikayəti əsasında Mirzə saxlanılaraq, barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində deyib ki, Nərgizi (şərti adla) Kürdəmirdən evinə gətirib və ər-arvad kimi yaşayıblar. Bundan əvvəl Nərgiz evli olub və məktəbə gedən övladı da var. Mirzə bildirib ki, arvadı evi təmiz saxlamır, çirkli qazanda təzədən yemək bişirir. Onun sözlərinə görə, bir gün itin yeminin bitdiyini görüb. Arvadı yemin hamısını itə verdiyini deyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb və kişi evi natəmiz saxlayan arvadına irad bildirib. Daha sonra əl zərbələri ilə onun başına vuraraq, xəsarətlər yetirib.

Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını deyib. Zərərçəkən də həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Mirzə Dadaşov məsuliyyətdən azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 436

Oxşar yazılar