Lent.az xəbər verir ki, hadisə 17 oktyabrda Hacıqabul şəhəri, Nəsrəddin Tusi küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
Mənzilin ikinci mərtəbəsindən yıxılan 1942-ci il təvəllüdlü Quliyev Əlfağa Hətəm oğlu ağır kəllə-beyin travması alaraq Şirvan şəhər xəstəxanasına çatdırılıb.
Bu gün saat 23 radələrində həkimlərin səylərinə baxmayaraq, 83 yaşlı kişi xəstəxananın reanimasiya şöbəsində ölüb.