Hacıqabulda qatar vuran  qadın   öldü
18 aprel 2024 18:45 (UTC +04:00)

Hacıqabulda qatar vuran qadın öldü

Bu gün saat 16:45-də Azərbaycan Dəmir Yollarına (ADY) məxsus yük qatarı Hacıqabul stansiyasında hərəkətdə olarkən bir qadın qəfil qatarın qarşısına çıxıb.

Lent.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir ki, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində ciddi xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, Hacıqabul sakini, 49 yaşlı İbrahimova Təhminə Əhəd qızı Şirvan şəhər xəstəxanasında dünyasını dəyişib.

Faktla bağlı Yevlax Xətt Polis Şöbəsinin əməkdaşlları araşdırma aparır.

 

# 1818
avatar

Oxşar yazılar