Hacıqabulda qayınata qızını döyən  kürəkənini belə CƏZALANDIRDI
08 avqust 2026 12:10 (UTC +04:00)

Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI

0

Hacıqabulda qayınata kürəkənini döyüb.

Lent.az xəbər verir ki, hadisə Nəvahi qəsəbəsində qeydə alınıb.

İttiham aktına görə, İsmayıl Nəcəfov (şərti adla) sərxoş halda evə gələrək, arvadının baş nahiyəsindən vurub. Bundan sonra arvadı uşaqlarını da götürərək, qonşuluqda yaşayan atasıgilə gedib. Yuxudan oyanan İsmayıl arvad-uşağının evdə olmadığını görərək, onları axtarıb və qayınatasıgilə gedib. O, qapıda qayınatası Şakir Abdullayevlə (şərti adla) rastlaşıb və aralarında mübahisə baş verib. Bu zaman Şakir Abdullayev qapının yanındakı odun parçası ilə kürəkəninin başına iki dəfə vuraraq, xəsarət yetirib.

Zərərçəkənin polisə şikayəti əsasında Şakir Abdullayev saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmişlə barışdığını və dəymiş ziyanı ödədiyini bildirib. Zərərçəkən də qayınatasına qarşı şikayətinin olmadığını deyərək, cinayət işinə xitam verilməsini istəyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Ş. Abdullayev məsuliyyətdən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar