Hacıqabulda sərnişin avtobusu  aşdı, 30 nəfər xəsarət aldı
12 iyul 2026 06:47 (UTC +04:00)

Hacıqabulda sərnişin avtobusu aşdı, 30 nəfər xəsarət aldı

0

Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb.

Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb.

Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.


***
06:19

Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində çoxsaylı xəsarət alan var.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İritutumlu rayonlararası sərnişin avtobusu aşıb.

Hadisə nəticəsində çox sayda insan xəsarət alıb. Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 688

Oxşar yazılar