Hafiz Həsənovun  məhkəməsi   başladı
22 oktyabr 2025 18:07 (UTC +04:00)

Hafiz Həsənovun məhkəməsi başladı

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, prosesdə anket məlumatları dəqiqləşdirilib.

Hafiz Həsənov ona qarşı irəli sürülən itihamlarla razılaşmadığını, həbsinin ictimai fəaliyyəti ilə bağlı olduğunu deyərək, işə xitam verilməsi barədə vəsatət qaldırıb. Dövlət ittihamçısı vəsatəti əsassız hesab etdiyini qeyd edib.

Məhkəmənin növbəti prosesi noyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun İstintaq İdarəsində bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi açılıb. İstintaq çərçivəsində yerli və xarici QHT-lərin fəaliyyəti araşdırılır.

Hafiz Həsənov bu iş üzrə 2024-cü il martın 14-də “Vətəndaş Hüquqları İnstitutu”nun rəhbəri Bəşir Süleymanlı və “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay ilə birlikdə saxlanılıb. Məhkəmə qərarı ilə Süleymanlı və Alpay barəsində həbs qətimkan tədbiri seçilib, Həsənov isə ev dustaqlığındadır.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar