Sumqayıtda yol polisinin reydi
19 may 2021 14:13 (UTC +04:00)

Sumqayıtda yol polisinin reydi

Havanı daha çox çirkləndirənlər CƏRİMƏLƏNDİ-VİDEO

Sumqayıtda polis yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə növbəti profilaktik tədbir keçirib.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, tədbir zamanı əvvəlcə atmosferin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması üçün şəhər ərazisində avtomobilləri yol polisləri yeni xidməti istifadəyə verilən xüsusi elektron cihazla yoxlayıblar.

Atmosferə nomadan artıq dəm qazı buraxan nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati tənbeh tədbirləri görülüb. Yol polislərinin xidməti istifadəsinə verilən yeni elektron cihaz vasitəsi ilə istismar müddəti 1987-ci ildən başlayaraq 2021-ci ilə qədər olan mühərriki benzin, dizel yanacağı və qazla işləyən bütün növ nəqliyyat vasitələrinin atmosferə buraxdığı dəm qazının miqdarını ölçmək mümkündür.

Tədbir zamanı yol polisləri tərəfindən motosiklet, moped və velosiped sürücüləri tərəfindən yol hərəkəti qaydalarına riayət olunmasına nəzarətin gücləndirilməsi məqsədi ilə də profilaktik işlər aparılıb. Sürücülərin və digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olan, yollarda təhlükəli manevrlər edərək qəza şəraiti yaradan qeyd edilən nəqliyyat vasitələrini idarə edən şəxslər saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri görülüb.

Tədbir zamanı sürücülərin piyadalara yol verməməsi, habelə piyadaların yol hərəkəti qaydalarını pozması hallarının qaşısının alınması məqsədi ilə də yol polisləri profilaktik işlər görüb. Keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaq, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edənlər barəsində inzibati protokollar tərtib edilib. Keçidlərdə piyadalara yol verməyən sürücülər də müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

 

Sumqayıtda yol polisi reyd keçirdi

# 1350
avatar

Mehman Nəbiyev

Oxşar yazılar