Sabiq icra başçısı Alimpaşa Məmmədov
29 aprel 2021 15:38 (UTC +04:00)

Sabiq icra başçısı Alimpaşa Məmmədov

Həbs olunan icra başçısının oğlu məsuliyyətə cəlb oluna bilərmi?

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu ötən gün həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun oğlunun da cinayət məsuliyyətinə cəlb olunub-olunmaması ilə bağlıdır.

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun həbsi barədə məlumat yayıb. Həmin məlumatda sabiq başçının 2 milyon 844 minlik əmlakı olan “Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adilzadə Adil Alimpaşa oğlu və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satması qeyd olunub.

Bundan başqa məlumatda qeyd olunur ki, o, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan “Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satıb.

Sabiq başçının oğlu Adil Adilzadə cinayət məsuliyyətinə cəlb oluna bilərmi?

Rubrikamızın sualına “Norma” hüquq mərkəzinin direktoru Şamil Paşayev cavab verib.

O bildirib ki, A.Adilzadə əgər həqiqətən də bir neçə milyonluq şirkəti 40 manata alıbsa, bu korrupsiya cinayəti hesab olunur:

“Norma” hüquq mərkəzinin direktoru Şamil Paşayev

“Korrupsiyaya qarşı mübarizə qanununa əsasən, yaxın qohumların birgə işləməsinə yol verilmir. Eyni zamanda, dövlət mülkiyyətinin yaxın qohumlara verilməsi qadağandır. Əgər vəzifəli şəxs mənfəət əldə etmək üçün özü və ya üçüncü tərəf üçün şərait yaradırsa, bu korrupsiya hüquqpozması hesab olunur. Vəzifəli şəxs tərəfindən xidmətini yerinə yetirməsi ilə bağlı imtiyazları və ya güzəştləri haqqı ödənilmədən, yaxud dövlət tərəfindən təyin olunan bazar qiymətindən dəfələrlə aşağı qiymətə əldə edilməsi korrupsiya cinayətlərinə aiddir.

Əgər iddia edildiyi kimi Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun oğlu bir neçə milyonluq şirkəti 40 manata alıbsa, bu da korrupsiya cinayəti hesab olunur, cinayətdə iştirakçılıqdır. Belə ki, iki və daha artıq şəxsin qəsdən cinayət törətməsi iştirakçılıq sayılır. İştirakçılığın məsuliyyəti isə cinayət törədilməsinin xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Sözügedən halda iştirak etmək cinayətə ortaq olmaq deməkdir. Bu daha çox qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayətlərə bənzəyir. Məsuliyyətə gəldikdə isə onların cinayət əməlindəki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən olunur. Amma konkret olaraq icraçı məhkəmədə daha çox məsuliyyətə cəlb olunur. Əgər məhkəmə qərarı ilə icraçı yəni, sabiq icra başçısına 10 il cəza veriləcəksə, iştirakçılara da 8-9 il cəza verilə bilər”.

# 3261
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00
Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

18 may 2024 , 11:42