“Hürriyyət” qəzeti Vüqar Məmmədovun saxlanılması barədə məlumat yayıb.
Redaksiyadan Lent.az-a daxil olan məlumatda qeyd olunur ki, əməliyyat oktyabrın 29-da keçirilib.
“Hurriyyet TV”nin ofisində və Vüqar Məmmədovun Nizami rayonunda kirayə yaşadığı mənzilində axtarış aparılıb.
***
12:54
"Hürriyyət" qəzeti və "Hürriyyət TV"də əməliyyat keçirilib.
Lent.az xəbər verir ki, baş redaktor Vüqar Məmmədov saxlanılıb.
APA-nın əldə etdiyi məlumata görə, əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilib.
***
12:44
"Hürriyyət"in redaksiyasında əməliyyatın keçirildiyi təsdiqlənib.
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Lent.az-a bildirilib ki, baş redaktor Vüqar Məmmədov saxlanılıb.
***
12:28
Hüquq-müfahizə orqanları “Hurriyyet TV”də əməliyyat keçirib.
Lent.az bakupost.az-a istinadla bildirir ki, əməliyyat zamanı "Hürriyyət" qəzeti, eyniadlı Hurriyyet.az saytı və "Hurriyyet TV"-nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb.
Qeyd olunur ki, həmçinin "Hurriyyet TV"-nin ofisində axtarış aparılıb, kompüter və bəzi sənədlər götürülüb.
Bu əməliyyatın Ramiz Mehdiyev olayı ilə bağlı ola biləcəyi ehtimal olunur.