İbrahim Ləmbəranski prokurorluq orqanlarından xaric edilib.
Bu barədə Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, İbrahim Ləmbəranskinin öz arzusuna əsasən sentyabrın 10-dan etibarən prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Xatırladaq ki, İbrahim Ləmbəranski Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İlqar Abbasova müşavir təyin edilib.