Rusiyanın Kursk vilayətindəki Sudjadan olan qaçqına iki kvadrat santimetr ucbatından itirdiyi mənzilə görə kompensasiya verilməyib. Bu barədə kişinin oğlu sosial şəbəkəsində bildirib.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, şəhərdəki hərbi əməliyyatlar nəticəsində atası 69,9 kvadratmetr sahəsi olan evini itirib. İtirdiyi mənzilin əvəzinə 10 kvadratmetr kiçik mənzilə köçməyə məcbur olub. Ailə kompensasiya almaq üçün dövlət qurumuna sənədlər təqdim edib.
Ancaq məmurlar mənzilin sahəsini səhv göstəriblər və kişiyə pul verilməyib.
Qeyd olunub ki, sertifikat üzrə ödənişləri həyata keçirən idarə 55,9 yox, 55,92 ilə hesablanıb və buna görə də ödənişdən imtina edib.
Bölgədə qüvvədə olan qanunvericiliyə görə, yeni mənzillərin sahəsi köhnədən maksimum 20% kiçik ola bilər.