İntihar etmək istəyən kişini qurtaran polislər də yandı
10 fevral 2022 11:35 (UTC +04:00)

İntihar etmək istəyən kişini qurtaran polislər də yandı

Ötən gün Goranboy sakininin özünü yandıraraq intihara cəhd etməsi ilə bağlı xəbər vermişdik.

Daxili İşlər Nazirliyindən Lent.az-averilən məlumata görə, fevralın 9-da saat 16 radələrində Goranboy şəhər sakini S.Həsənov rayon İcra Hakimiyyətinin qarşısında üzərinə yanacaq tökərək özünü yandırmağa cəhd göstərib.

Polis əməkdaşlarının çevikliyi sayəsində onun bu cəhdinin qarşısı alınıb, lakin bu zaman iki polis əməkdaşı yüngül dərəcəli yanıq xəsarətləri alıblar.

Xəstəxanaya yerləşdirilən S.Həsənovun vəziyyəti qənaətbəxşdir.

Polis əməkdaşlarına xəstəxanada ilkin tibbi yardım göstərilib.

Araşdırma aparılır.

# 2724
avatar

Mehman Nəbiyev

Oxşar yazılar