Gömrükdə tapılan narkotiklər
24 noyabr 2021 21:18 (UTC +04:00)

Gömrükdə tapılan narkotiklər

İrandan gələn yük maşınında narkotik tapıldı - FOTO

Biləsuvar gömrük postunda İrandan Azərbaycana gələn, həmin ölkə vətəndaşının idarə etdiyi "Foton" markalı yük avtomobili gömrük nəzarətindən keçən zaman saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən xəbərə görə, bu zaman sürücü üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin olmadığını bildirib.

Yoxlama zamanı avtomobilin mühərrikində yerləşən radiator ilə onun arxa hissəsindəki plastik qoruyucunun arasındakı boşluqda falqaya bükülmüş bir ədəd bağlamada gömrük nəzarətindən gizlədilən 30 həb "Tamol 225 mg", 4 həb "Tramadol 200" adlı dərman preparatları və ümumi çəkisi 9 qram olan narkotik vasitə-marixuana aşkar edilib.

Xatırladaq ki, 34 ədəd həbdə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 7,55 qram təşkil edir və "Tramadol" Azərbaycanın müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

# 1434
avatar

Mehman Nəbiyev

Oxşar yazılar