İşdən çıxarılan baş həkim  TƏBİB-i məhkəməyə verdi
18 fevral 2022 17:12 (UTC +04:00)

İşdən çıxarılan baş həkim TƏBİB-i məhkəməyə verdi

Beyləqan rayon Mərkəzi Xəstəxanasının işdən çıxarılan baş həkimi Üzeyir Ramiz oğlu İskəndərov TƏBİB-i məhkəməyə verib.

Lent.az-ın məlumatına görə, keçmiş baş həkimin məhkəməyə müraciət etməsinə səbəb yenidən işə bərpa olunması ilə bağlıdır.

Belə ki, əvvəlki işinə bərpa olunmaq istəyən Ü. İskəndərov bunun üçün TƏBİB-dən Nərimanov rayon Məhkəməsinə şikayət edib. Şikayətə hakim Solmaz Ədilova baxacaq.

Qeyd edək ki, mediada yayılan məlumata görə, Üzeyir İskəndərov 2021-ci ilin oktyabr ayında Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.

# 6522
avatar

Mehman Nəbiyev

Oxşar yazılar