"İstanbul" klinikası cərimələndi
26 yanvar 2023 17:16 (UTC +04:00)

"İstanbul" klinikası cərimələndi

Bakıda yerləşən məşhur "İstanbul Klinika" MMC reklam qaydalarını pozub.

Lent.az xəbər verir ki, klinika heç bir icazə almadan açıq məkanda reklam yerləşdirib. Bu səbəblə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci (Müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə) maddəsilə protokol tərtib olunub.

Protokol baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, həmin maddə əsasında fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

# 1803
avatar

Mehman Nəbiyev

Oxşar yazılar