Azərbaycanlı biznesmeni şəriki pul üstündə  öldürüb - YENİ FAKTLAR
30 oktyabr 2025 15:46 (UTC +04:00)

Azərbaycanlı biznesmeni şəriki pul üstündə öldürüb - YENİ FAKTLAR

13

Rusiyada azərbaycanlı biznesmenin qətli ilə bağlı təfərrüatlar məlum olub.

Lent.az xəbər verir ki, hadisə pul üstündə törədilib.

Qətli İlqar Xanadanovun biznes şəriki və dostu Pavel T. törədib. Artıq onun barəsində həbs qətimkan tədbiri seçilib. Məlumata görə, Pavelin İlqara pul borcu olub. Belə ki, o, əvvəllər də çətinə düşəndə İlqardan pul borcu alıb. Bu dəfə də mərhumdan 2 milyon rubl (təxminən 42 min 516 manat0 borc alıb. Lakin onu geri qaytarmayıb. İlqar Xanadanov dostu ilə görüşmək üçün oktyabrın 24-də axşam saatlarında özünə məxsus "Mercedes" markalı avtomobillə evdən çıxıb. O, 9 km aralıda olan dostu Pavelin evinə gedib və burada onunla söhbətləşib. Sonra isə geri qayıdarkən dostu balta ilə onun başına zərbə endirərək öldürüb. Meyitini maşından düşürüb və meşəlik əraziyə aparıb. Həmçinin avtomobildən mərhumun şəxsi əşyaları, pul qabını oğurlayıb.

Bildirilir ki, İlqar Xanadanov və Pavel T.-nin Zareçnı şəhərində restoranları var. Pavel T. polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sverdlovsk vilayətində ələ keçirilib.

***
12:04

Rusiyanın Sverdlovsk vilayətində 6 gün əvvəl itkin düşən 49 yaşlı iş adamı İlqar Xanadanov ölü halda tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, faktla bağlı cinayət işi açılıb, qətl versiyası nəzərdən keçirilir. Sahibkarın həyat yoldaşının sözlərinə görə, cəsəd dəfn üçün Azərbaycana göndəriləcək. 

Qeyd edək ki, dünən mərhuma məxsus “Mercedes” markalı avtomobilin qan içində tapıldığı barədə xəbər vermişdik.

***
29 oktyabr, saat: 10:43

Rusiyada azərbaycanlı iş adamı itkin düşüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Sverdlovsk vilayətində hüquq-mühafizə orqanları qan içində tapılmış “Mercedes” avtomobilinin sahibinin, biznesmen İlqar Bayram oğlu Xanadanovun itkin düşməsi ilə bağlı halları araşdırır.

Məlumata görə, o, oktyabrın 24-də dostu ilə Mezenkaya kəndinə getdikdən sonra itib. Gecə saat 12 radələrində dostu ilə birlikdə oturduqdan sonra həyat yoldaşı ilə telefon danışığında evə qayıtdığını deyib. Lakin yolda o, başqa biri ilə telefonda yüksək tonda danışıb.

Kişilər geri dönüb yolayrıcına çatıb, orada sahibkar dostunu düşürüb və həmin dostu təsadüfən oradan keçən həyat yoldaşı götürüb. Bundan sonra itən şəxsi heç kim görməyib. Qardaşının sözlərinə görə avtomobili məhz o tapıb. Açarlar avtomobildə taxılı olub, salonda isə şəxsi əşyalardan heçnə olmayıb.

Polis və könüllülər itkin düşmüş kişini axtarır. Qeyd olunur ki, Xanadanov kabab və hot-doq satılan kiçik bir ictimai iaşə nöqtəsinin sahibidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
13
# 20210

Oxşar yazılar