ABŞ-ın Şimali Karolina ştatının sakini təsadüfən 100 min dollar udub.
Lent.az xarici mediaya istinadla bildirir ki, Durham şəhərindən olan Oskar Galdames Rosalес deyib ki, şənbə günü bərbərə gedib. Bərbərə ödəniş etməyə nağd vəsaiti olmayıb və bankomatdan pul çıxarmaq üçün Hollovey küçəsində yerləşən “Lighthouse Food Mart” mağazasına gedib.
Orada o, 20 dollara “Ruby Red 7.s” adlı ani lotereya bileti alıb. Onun sözlərinə görə, sadəcə daxilən bunu sınamaq lazım olduğunu hiss edib.
O, saç kəsiminin pulunu ödəyib, maşınına qayıdıb və biletin qoruyucu qatını qaşıyıb. Altından uduş çıxıb. Amerikalı etiraf edib ki, güclü emosiyalar yaşayıb və bildirib ki, bu uduş ona uzun müddət gerçəkləşdirmək istədiyi bir neçə məqsədini həyata keçirməyə kömək edəcək.