Pişiklər insan sağlamlığına necə təsir edir? -  4 elmi sübut
30 oktyabr 2025 09:52 (UTC +04:00)

Pişiklər insan sağlamlığına necə təsir edir? - 4 elmi sübut

0

Pişiklərlə ünsiyyət yalnız əhvalı qaldırmır, həm də psixi və fiziki sağlamlığa müsbət təsir göstərir. Healthline nəşri yazır ki, pişik sahibi olan insanlarda stress səviyyəsi azalır, ürək-damar sistemi daha möhkəm olur. Sahiblər çox vaxt pişikləri ailə üzvü kimi qəbul edir. Bəziləri, hətta onlara ad günü hədiyyəsi alır və bayram edir. Sorğular göstərir ki, ev heyvanı saxlayanların 80%-dən çoxu onları “uşaqları” kimi görür. Bu emosional bağlılıq narahatlığı azaldır, tənha olma hissini zəiflədir.

Lent.az xəbər verir ki, araşdırmalara əsasən, pişik saxlayan insanlar sosial təcrid və mənfi emosiyalardan daha az əziyyət çəkirlər.

Pişiklər stressi azaldır və ürəyi qoruyur

Pişiklərin sakitləşdirici təsiri elmi təcrübələrlə də təsdiqlənib. 120 ailə cütlüyü üzərində aparılan araşdırmada iştirakçılar stressli tapşırıqlar yerinə yetirərkən dörd qrupa bölünüb: tək olanlar, yalnız partnyorla olanlar, yalnız pişiklə olanlar və həm pişik, həm partnyorla olanlar.

Ən aşağı qan təzyiqi və ürək döyüntüsü artımı pişiklə birlikdə olan qrupda qeydə alınıb. Bu insanlar sakitliyini daha yaxşı qoruyub, daha az səhv edib və sınaqlardan sonra daha sürətli toparlanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar