Rusiyalı deputatlar Mərkəzi Federal Dairənin bir neçə regionunda vətəndaşlara yeni məhdudiyyətlər nəzərdə tutan federal qanunu dəstəkləyiblər.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, məcburi ayıqlıq bütün ölkəni əhatə edəcək — Rusiya Səhiyyə Nazirliyi hesab edir ki, spirtli içki yalnız 21 yaşdan sonra içilə bilər, çünki bu vaxta qədər beynin müəyyən hissələri tam formalaşmır: hətta bir neçə qədəh belə gənclərin düşünmə qabiliyyətinə və sosial münasibətlərinə zərər verə bilər.
Hazırda regionların qanunvericilik məclisləri yeni qanunla bağlı fikirlərini bildirirlər — bu gün bu təşəbbüs Ryazanda dəstəklənib.
Qeyd edək ki, bundan əvvəl isə Mərkəzi Federal Dairənin bir neçə vilayətində də qərar təsdiqlənmişdi.