“Jiquli” “Mercedes"lə toqquşdu: 3 nəfər...
17 avqust 2022 00:00 (UTC +04:00)

“Jiquli” “Mercedes"lə toqquşdu: 3 nəfər...

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı minik maşını ilə “Mercedes Vito” markalı avtomobil toqquşub.

Qəza zamanı 1965-ci il təvəllüdlü İ.Böyükkişiyev,1999-cu il təvəllüdlü G.Abbasov və 2005-ci il təvəllüdlü İ.İmanzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

# 1374
avatar

Oxşar yazılar