"Jiquli" traktorla toqquşdu, ölən var
03 iyun 2021 13:38 (UTC +04:00)

"Jiquli" traktorla toqquşdu, ölən var

Füzuli rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, qəza iyunun 2-də saat 20 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində baş verib. Kənd sakini Elşad Hüseynovun idarə etdiyi “VAZ-2101” markalı avtomobillə Kərimbəyli kənd sakini Ş.Süleymanovun idarə etdiyi “Belarus MTZ-80” markalı traktor toqquşub. Nəticədə E.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla əlaqədar Füzuli rayon Polis Şöbəsində araşdırma aparılır.

# 1473
avatar

Mehman Nəbiyev

Oxşar yazılar