Şabranda ağır yol qəzası baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Ağalıq kəndində qeydə alınıb.
51 yaşlı Ayaz İbrahim oğlu İsgəndərov idarə etdiyi "KamAZ-5511" markalı avtomobillə 37 yaşlı Rusiya vətəndaşı Ramazanov Nariman Kurbanmaqamodoviçin idarə etdiyi "Volvo FH-Trusk-412" markalı 0500AO05 dövlət nişanlı avtomobillə toqquşub.
Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü həyatını itirib. Kamaz markalı avtomobildə olan sərinişin, 44 yaşlı Şabran rayon sakini Elton Gülməmməd oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, təcili xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.