Karantində saxta arayış verən bələdiyyə işçiləri MƏHKƏMƏDƏ
25 dekabr 2020 16:50 (UTC +04:00)

Karantində saxta arayış verən bələdiyyə işçiləri MƏHKƏMƏDƏ

Binəqədi qəsəbə bələdiyyəsinin vəzifəli şəxsləri barəsində olan cinayət işinin ibtidai istintaqı başa çatıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, cinayət işi baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Xatırladaq ki, Binəqədi qəsəbə bələdiyyəsinin Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Abışov Sahib Abdulla oğlunun qanusuz hərəkətləri ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı Sahib Abışovun ayrı-ayrı vaxtlarda həmin bələdiyyənin sədri və sədr müavini vəzifələrində işləmiş Niftiyev Niyaz Məmmədəli oğlu və Nəsibova Mətanət Hüseyn qızı ilə qabaqcadan əlbir olub ümumilikdə 51 nəfər şəxsdən müxtəlif məbləğlərdə rüşvət alınması müqabilində onların ölkə ərazisində tətbiq edilmiş karantin dövründə qanunsuz olaraq sərbəst hərəkət etmələri üçün saxta arayışların verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmin qanunsuz hərəkətləri ilə Sahib Abışov, Niyaz Niftiyev və Mətanət Nəsibovaya Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) 311.3.2, (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1656
avatar

Mehman Nəbiyev

Oxşar yazılar