Polisin tapdığı silah və narkotik
05 aprel 2021 13:49 (UTC +04:00)

Polisin tapdığı silah və narkotik

Keçmiş məhkum silah və heroinlə tutuldu

Gəncə sakinində silah və narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər bir neçə dəfə məhkum olunmuş, şəhər sakini, Xəyal Talıbov saxlanılaraq, idarəyə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman çəkisi 50.76 qram qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, X. Talıbovun şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib. Baxış zamanı fərdi yaşayış evindən, sellofan torbada 1 ədəd, müvafiq sənədi olmayan, qundağı və lüləyi kəsilmiş, atəşə yararlı tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

# 1851
avatar

Mehman Nəbiyev

Oxşar yazılar