Sabiq polis rəisi vəfat edib.
Lent.az xəbər verir ki, Şakir Mahmud oğlu Osmanov uzun sürən xəstəlikdən dünyasını dəyişib.
O, doğulduğu Qazax rayonu, Birinci Şıxlı kəndində torpağa tapşırılacaq.
Polis polkovniki Şakir Osmanov uzun illər daxili işlər orqanlarında xidmət edib.
Qarabağ müharibəsinin ən ağır günlərində - 1993-1995-ci illərdə Ağstafanın polis rəisi postunu tutub.
O, müxtəlif illərdə ayrı-ayrı rayonların da polis rəisi olub.
