Balakəndə qarğıdalı sahəsində narkotik əkən  kişi həbs olundu - VİDEO
17 avqust 2026 10:45 (UTC +04:00)

Balakəndə qarğıdalı sahəsində narkotik əkən kişi həbs olundu - VİDEO

0

Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə aşkarlanıb.

Lent.az xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. 

Tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 52 yaşlı Elman Balagözov saxlanılıb. Ondan yaşadığı ünvanda, eləcə də rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 185 ədəd çətənə kolu və 21 kiloqram narkotik vasitə aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, E.Balagözov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 140

Oxşar yazılar