Qaradağda qəzaya görə yolda sıxlıq yarandı.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a bildirilib ki, paytaxtın Qaradağ rayonu, Kənar Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş verib.
Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.