Kəlbəcər sakini meşədə itdi
05 may 2025 09:52 (UTC +04:00)

Kəlbəcər sakini meşədə itdi

Daşkəsəndə meşəyə bitki toplamağa gedən şəxs itkin düşüb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Bayan kəndinin yaxınlığına yerləşən meşəlik ərazidə qeydə alınıb.

Belə ki, Kəlbəcər rayon sakini 1952-ci il təvəllüdlü K.Abdullayev ötən gün axşam saatlarında meşəlik ərazidə bitki toplamağa gedən zaman itkin düşüb.
Məlumata görə, o sonuncu dəfə qızı ilə əlaqə saxlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, hazırda Daşkəsən rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəxsin yerinin müəyyən olunması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilir. Axtarış tədbirlərinin nəticəsi barəsinə əlavə məlumat veriləcək.

Qeyd edək ki, itkin düşən Kəlbəcər rayon sakini Kamil Abdullayev şəhid Şəhriyyar Abdullayevin atasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar