Parasetamol   qəbul etdikdən sonra orqanizmdə nə baş verir
05 may 2025 12:24 (UTC +04:00)

Parasetamol qəbul etdikdən sonra orqanizmdə nə baş verir

Ağrı və ya narahatlıq hiss etdikdə çoxumuz ibuprofen və ya parasetamol kimi dərmanlara müraciət edirik.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu tip dərmanların orqanizmə təsirini unutmaq olmaz.

Parasetamol haqqında nə bilməliyik?

Mütəxəssislər parasetamolun nə olduğunu, orqanizmə necə təsir etdiyini və qəbul etməzdən əvvəl nələri nəzərə almaq lazım olduğunu izah ediblər. Əlavə olaraq vurğulanır ki, hər dəfə ağrı və ya narahatlıq hiss etdikdə mütləq həkimlə məsləhətləşmək lazımdır ki, sizə məhz hansı dərman lazım olduğunu dəqiq təyin etsin.

Parasetamol ağrını yüngülləşdirmək və temperaturu salmaq baxımından çox effektivdir. Onun ağrıkəsici və qızdırmasalıcı xüsusiyyətləri onu çox məşhur edib. Amma bir çox insanın düşündüyünün əksinə olaraq, parasetamol iltihab əleyhinə təsirə malik deyil – bu xüsusiyyət ibuprofendə var.

Mütəxəssislər bildirirlər ki, parasetamol zəif və ya orta səviyyəli ağrıların aradan qaldırılması üçün idealdır. Bu, qrip, baş ağrısı, bel ağrısı, diş ağrısı, sümüklərdə ağrı və yüngül idman zədələri zamanı faydalı olur.

Amma həkimlər parasetamolun mütəmadi yox, ehtiyac olduqda qəbul edilməsini tövsiyə edirlər, çünki orqanizm bu dərmana vərdiş edə bilər.

Parasetamol orqanizmə necə təsir edir?

Parasetamol qəbul edərkən, onun bədənimizə təsirini və potensial nəticələrini bilməliyik ki, bu dərmanın bizim üçün ən yaxşı seçim olub-olmadığını dəyərləndirə bilək. Parasetamol qəbuldan təxminən 30 dəqiqə sonra təsir etməyə başlayır. Təsiri adətən 6 saata qədər davam edir.

Ağrı hiss etdikdə, simptomları yüngülləşdirmək üçün onu 8 saatdan bir qəbul etmək məsləhət görülür. Ümumi qəbul olunmuş fikrin əksinə olaraq, parasetamol mədə üçün o qədər də zərərli deyil və digər oxşar dərmanlar kimi yan təsirlər yaratmır. Amma bu dərman qaraciyərə və böyrəklərə zərər vura bilər, xüsusilə dozadan artıq və ya tez-tez qəbul edildikdə.

Parasetamol həm də:

Qan xəstəliklərinə,

Allergik reaksiyalara,

Bəzi hallarda ürək-damar problemlərinə səbəb ola bilər. Bu və digər mümkün təhlükələrə görə, dərman qəbul etməzdən əvvəl həmişə həkimlə məsləhətləşmək vacibdir – dozanı və qəbul tezliyini yalnız mütəxəssis müəyyən edə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar