Korrupsiyaya yol verən 45 nəfər iş başında tutuldu
27 yanvar 2023 11:17 (UTC +04:00)

Korrupsiyaya yol verən 45 nəfər iş başında tutuldu

2022-ci ildə korrupsiya hüquqpozmalarına yol vermiş 45 şəxs cinayət başında yaxalanıb.

Lent.az xəbər verir ki, bu barədə bu gün Baş Prokurorluğun Geniş Kollegiya iclasında çıxış edən Baş prokuror Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya hüquqpozmaları ilə bağlı 341 cinayət işi başlanıb, 274 şəxs barəsində 209 iş üzrə icraat tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

27 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və onun rəhbərləri məhkəmə məsuliyyətinə verilib. 

37 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 45 şəxs cinayət başında yaxalanmış, habelə 12 nəfər axtarışda olan şəxs tutulub.

# 1458
avatar

Oxşar yazılar