“Krokus” terrorundan sonra  “Çayxana” kafesi   bağlandı
27 mart 2024 19:17 (UTC +04:00)

“Krokus” terrorundan sonra “Çayxana” kafesi bağlandı

“Crocus City Hall”da terror aktında şübhəli bilinən Alişir Kasımova məxsus olduğu iddia edilən Putilkovskoe şossesində yerləşən “Çayxana” kafesi fəaliyyətini dayandırıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, kafenin binasında gələcək iş qrafiki ilə bağlı heç bir mesaj yoxdur, qonşu hamam da işi dayandırıb. Qapısındakı tarixsiz mesajda onun bu gün bağlı olduğu bildirilir. Hamamın əməkdaşı bildirib ki, “Krokus”da törədilən terror aktı ilə əlaqədar müəssisə fəaliyyətini dayandırıb: “Çayxana bağlanıb, bizə də dedilər ki, bağlayın”.

Alişir Kasımov

Kafenin işçiləri bildiriblər ki, kafe ən azı üç gün bağlı qalıb.

Kasimov iki ay müddətinə həbs edilib, o, Rusiya vətəndaşıdır, 2014-cü ildə Qırğızıstan vətəndaşlığından imtina edib. O, üç otaqlı mənzili kirayə veribmiş və terror aktını törədənlərlə belə tanış olub.
 

# 2436
avatar

Oxşar yazılar