Aşkarlanan qızıllar
16 fevral 2022 18:30 (UTC +04:00)

Aşkarlanan qızıllar

Külli miqdarda qızılı Azərbaycandan çıxara bilmədi

Xeyli miqdarda zərgərlik məmulatlarının Azərbaycan gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysinin sərnişini, Azərbaycan vətəndaşı gömrük  nəzarəti zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən mütləq qaydada bəyan etməli əşyaları elektron və yazılı formada bəyan etməyib.

Yoxlama zamanı vətəndaşın üzərində və qara rəngli əl çantasının içərisində gömrük nəzarətinə təqdim olunmayan, yazılı, elektron və şifahi formada bəyan edilməyən 8 ədəd sırğa-üzük dəsti, 4 ədəd sırğa-üzük-klon dəsti, 1 ədəd sırğa-üzük-klon-qolbaq dəsti, 6 cüt sırğa, 3 ədəd qolbaq, 2 ədəd üzük, 1 ədəd klon və 1 ədəd yaxa sancağı aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlər ümumi çəkisi  520,53 qram olan 750/585 əyarlı qızıllardan hazırlanmış zərgərlik məmulatlarıdır.

Faktla bağlı araşdırma aparılır.

# 1995
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27