Sabirabadda 13 gün əvvəl Kür çayında batan şəxsin meyiti sudan çıxarılıb.
Lent.az xəbər verir ki, oktyabrın 3-də Cavad kəndi ərazisində Kür çayında boğulan Sabirabad rayonunun Türkədi kənd sakini, 1989-cu il təvəllüdlü (36 yaş) Məmmədov Laiq Telman oğlunun meyiti batdığı yerdən 5 km aralıda aşkar edilərək sudan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
***
4 oktyabr, saat 10:20
Kür çayının Sabirabad rayonundan keçən hissəsində 1 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.