Lənkəranda bacı-qardaşı maşın vurub öldürməsi ilə bağlı cinayət işi açılıb.
Lent.az-ın məlumatına görə, hadisə Lənkəran-Lerik magistral yolunun Lənkəran rayonu Şovu kəndi ərazisindən keçən hissəsində baş verib.
Quluzadə Vurğun Asif oğlu idarə etdiyi “Mercedes-Benz C230” markalı avtomobillə yol kənarında hərəkətdə olan piyadalar - 8 yaşlı Əlizadə Günay Şamid qızı və qardaşı 11 yaşlı Ramidi vurub. Yaralılar xəstəxanaya aparılarkən yolda ölüblər.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.