Lənkəranda istirahət mərkəzinin müdiri bıçaqlandı
29 iyun 2025 13:01 (UTC +04:00)

Lənkəranda istirahət mərkəzinin müdiri bıçaqlandı

Lənkəranda iş adamını bıçaqlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunur ki, əməli törətməkdə şübhəli bilinən 40 yaşlı B.Tahirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

 

***

12:27

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Hadisə səhər saatlarında Lənkəran şəhərinin "Böyük Bazar" deyilən ərazisində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən "Pambayi" istirahət mərkəzin müdiri 1977-ci il təvəllüdlü  Firad Səyad oğlu Həbibov bıçaqlanıb.

5 bıçaq zərbəsi alan yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat bloku alınıb.

Faktla bağlı araşdırma aparılır./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616

Oxşar yazılar