Lerik sakininə küçə iti hücum edib.
Lent.az-ın xəbərinə görə, hadisə Lerik rayon ərazisində baş verib. Lerik rayonu, Nuravud kənd sakini 47 yaslı Elçin Şiroğlan oğlu Mirzəyevə küçə iti hücum edərək dişləyib. O, dərhal Lerik rayon mərkəzi xəstəxanasına çatdırılıb və quduzluq əleyhinə peyvənd vurulub.
Sonra E.Mirzəyev vəziyyətinə uyğun olaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Həkimlər ona baldırın böyük həcmli losduqvari yarası diaqnozu qoyublar. Müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.