Lerikdə məktəbli qızın  toy RAZILAŞMASI: atası və oğlan  CƏZALANDIRILDI
18 oktyabr 2025 17:20 (UTC +04:00)

Lerikdə məktəbli qızın toy RAZILAŞMASI: atası və oğlan CƏZALANDIRILDI

0

Lerikdə 16 yaşına çatmayan qızla evlilik sövdələşməsinə daxil olan şəxs məsuliyyətə cəlb olunub.

Lent.az-ın məlumatına görə, hadisə Züvüc kəndində qeydə alınıb. Həkim məntəqəsində baş tibb qardaşı işləyən 25 yaşlı Niyazi Əmiraslanov (ad və soyad şərtidir) məktəbdə 15 yaşlı Südabəni (ad şərtidir) görərək bəyənib. Qızdan kim olduğunu soruşub və atasının burada müəllim işlədiyini öyrənib.

Niyazi bu barədə həmin məktəbdə müəllim işləyən atasına deyib və atası da həmkarı ilə danışaraq, gələcək qohumluqlarının əsasını qoyublar. Belə ki, həmin vaxt 9-cu sinifdə oxuyan şagirdin atası razılıq verərək, qızının 18 yaşı tamam olandan sonra evliliyə icazə verəcəyini deyib.

Araşdırma zamanı məktəbin direktoru deyib ki, qızın atası övladı üçün nişan mərasimi keçirib və şirniyyat da paylayıb.

Təqsirləndirilən şəxs aralarında nişan olmadığını bildirib. O, ifadəsində Südabəni sevdiyini və 18 yaşına çatanda onunla evlənəcəyini deyib.

Bu evlilik sövdələşməsi isə gələcək bəyə baha başa gəlib. Niyazi Əmiraslanov barəsində İnzibati Xətalar Məcəlləsinin 189-1-ci (On altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma) maddəsilə protokol tərtib olunub.

Lerik rayon Məhkəməsində hakim Yusif Zeynalovun sədrliyi ilə keçirilən iclaslarda Niyazi Əmiraslanov və məktəbli qızın atası barəsində hər biri 1000 manat olmaqla, cərimə cəzası təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 508

Oxşar yazılar