Bakının Lökbatan qəsəbəsindəki yanğında tüstüdən zəhərlənən daha bir nəfər ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə alan Təbərrük İsmayılova dünyasını dəyişib.
Qeyd edək ki, hadisə dekabrın 5-də Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Qobu-Park" yaşayış kompleksində baş verib. Hadisə nəticəsində ana və 2 övladı, həmçinin onların qonşusu olan yaşlı kişi həlak olublar.