Masallıda AİLƏ FACİƏSİ:  qayınanasını öldürdü,  daha 3 nəfəri yaraladı
29 iyun 2025 09:52 (UTC +04:00)

Masallıda AİLƏ FACİƏSİ: qayınanasını öldürdü, daha 3 nəfəri yaraladı

Bu gün saat 03:30-da 3 nəfər (1-i kişi, 2-si qadın olmaqla) müxtəlif travmalarla Masallı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onların hər birinə ilkin tibbi xidmətlər göstərilib.

Bir nəfərin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Digər iki şəxs Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyətləri stabil qiymətləndirilir.

Bir nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb.

***

05:11

İyunun 29-da saat 04 radələrində Masallı rayonu, Xoşçobanlı kəndi ərazisində ailə münaqişəsi zəminində qətl törədilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, 29 yaşlı Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə yaralayıb.

A.Məmmədova hadisə yerində ölüb, digərləri xəstəxanaya yerləşdirilib.

K.Zərbəliyevi polis əməkdaşları saxlayıb.

Ondan cinayətin aləti olan "Lion" markalı ov tüfəngi götürülüb.

Məlumatda əlavə edilib ki, K.Zərbəliyev əvvəllər Masallı rayonunda polis orqanlarında qısa müddətdə polis nəfəri kimi xidmət edib, öz raporu əsasında bir müddət öncə xidmətdən xaric olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1968

Oxşar yazılar