Xətai rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, tədbir zamanı Abşeron rayon sakini 29 yaşlı Emin Seyfullayev və tanışı 28 yaşlı Yadigar Məhərrəmov saxlanlılıblar. E.Seyfullayevin idarə etdiyi “Ravon” markalı avtomobilə baxış zamanı hər iki şəxsə məxsus 29 kq 290 qr marixuana götürülüb.
İdarə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı paytaxt sakini 46 yaşlı Vüsal Mehrəliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan isə 1 kq 780 qr heroin və 9 kq 420 qr marixuana aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri satış məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı araşdırma aparılır.