Allergiyası olan insanlar üçün ən uyğun pişik cinsləri
28 iyun 2025 18:11 (UTC +04:00)

Allergiyası olan insanlar üçün ən uyğun pişik cinsləri

Pişik sahibi olmaq allergiyası olan bir çox insan üçün mümkün olmayan bir arzu kimi görünə bilər. Lakin bu belə deyil! Bəzi pişik cinsləri daha az allergen ifraz etdikləri üçün həssas orqanizmə malik insanlarla belə uyğunlaşa bilirlər.

Lent.az bu pişik cinslərini sizə təqdim edir:

Nə üçün allergiya yaranır?
Əksər insanlar pişik allergiyasını tüklərlə əlaqələndirsə də, əsas səbəb Fel d 1 adlı zülaldır. Bu maddə pişiklərin tüpürcəyində, dərisində və sidiyində olur. Pişik özünü yaladıqda bu zülal tüklərə keçir, quruyur və toz şəklində havaya yayılır – siz onu nəfəs alırsınız və nəticədə qaşınma, burun axması, səpgilər və hətta astma tutmaları baş verə bilər.

Aşağıdakı pişik cinsləri daha az Fel d 1 zülalı ifraz etdikləri üçün allergiyası olan insanlara nisbətən daha uyğundur:

Sibir pişiyi
Tüklü olsa da, allergen səviyyəsi aşağıdır.
Sibir pişikləri güclü və parlaq tüklərə sahib olsalar da, onların ifraz etdiyi allergen bir çox digər cinslərlə müqayisədə qat-qat azdır. Ağıllı, mehriban və sakitdirlər.

Balinəz pişiyi
Uzuntüklü siamski ilə qohumdur, lakin daha az allergen ifraz edir.
Tükləri uzun, lakin ipək kimi incədir və az tökülür. Eyni zamanda emosiyaları hiss edən, “danışqan” və mehriban pişikdir.

Oriental qısa tüklü
300-dən çox rəng seçimi, minimum allergiya riski. Tükləri qısa və parlaqdır, demək olar ki, tökülmür. Xasiyyəti aktiv və oyuna meyllidir.

Devon-rex
Əlvan və yumşaq qıvrım tüklü “elf pişik”.
Yumşaq, nazik və dalğalı tükləri var. Az miqdarda piy ifraz etdiyinə görə qulaq və pəncələri vaxtaşırı təmizlənməlidir.

Korniş-rex
“Pişiklər arasında qreyxaund”.
Hərəkətli və çox sosial cinsdir. Tükləri çox incədir və alt tük qatı yoxdur – buna görə də evdə tüklə bağlı problem yaratmır.

Sfinks
Demək olar ki, tüksüz, lakin xüsusi qulluq tələb edir. Ən tanınmış “hipoallergen” pişik sayılır. Dəri üzərində incə tük təbəqəsi ola bilər, lakin Fel d 1 zülalının yayılması minimumdur. Mütəmadi olaraq çimizdirilməlidir.

Rus mavi pişiyi
“Mona Liza təbəssümlü” pişik.
Tükləri sıx olsa da, az allergen ifraz edən cinslərdən sayılır. Sakit, müstəqil və gündə çox təmas tələb etməyən cinsdir.

Bengal pişiyi
Ev şəraitində mini-leopard.
Rəsmi olaraq allergen səviyyəsi tam müəyyən olunmasa da, sahiblərin əksəriyyəti allergiya əlamətlərinin az olduğunu bildirir. Qısa tüklü və aktiv həyat tərzinə malikdir.

Color-point qısa tüklü
Siamski ilə qohum, parlaq tüklü.
Çox az tökülür, insanlarla əlaqəyə meyillidir və “söhbət etməyi” sevir.

Yavan pişiyi
Pişiklər arasında intellektual.
Alt tük qatı yoxdur, demək olar ki, tökülmür və təmiz qalır. Komandalara öyrədilə bilir, intonasiyanı ayırd edir.

Evdə allergiyanı azaltmaq üçün məsləhətlər:
Pişiyi 1–2 həftədə bir çimizdirin – bu, tüklərdəki allergenləri 50–80% azaldır. Heyvanla təmasdan sonra əllərinizi yuyun. Evi tez-tez təmizləyin: HEPA filtri olan tozsoran, hava nəmləndirici və hava təmizləyicilərindən istifadə edin. Pişiyin yataq otağına daxil olmasına icazə verməyin. Yastıq və döşəkləri mühafizə edən örtüklərlə qoruyun.

Nəticə:
Tamamilə “antiallergen” pişik olmasa da, doğru cins seçimi və düzgün qulluq sayəsində hətta həssas insanlar da sağlamlığa zərər vermədən ev heyvanı saxlaya bilərlər. Seçiminizi ağılla edin – və sevgi allergiyadan güclü olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar